...

Azərbaycanda biznesə dəstək üçün 1,9 mindən çox müraciət təsdiqlənib - Nazir (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2021 12:02 (UTC +04:00)
Azərbaycanda biznesə dəstək üçün 1,9 mindən çox müraciət təsdiqlənib - Nazir (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycanda biznesə dəstəyin əldə olunması üçün 1,9 mindən çox müraciət təsdiq edilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, son bir il yarım koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələr üçün misli görünməmiş olub və Azərbaycan da bu baxımdan istisna deyil:

"Ona görə də biz birbaşa maliyyə yardımı, subsidiyalar və digər tədbirləri əhatə edən bir sıra layihələr, eləcə də dövlət və sosial dəstək tədbirlərini işə saldıq".

M.Cabbarov əlavə edib ki, bu tədbirləin əksəriyyəti gələcəkdə də davam etdiriləcək:

"Bu dəstək tədbirlərindən biri biznes üçün müraciətlərin qəbulu üzrə elektron platformadır. Burada 5,3 mindən çox müraciət olub. 1,9 mindən çox müraciət təsdiqlənib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti