...

İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2021 12:36 (UTC +04:00)
İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Azərbaycanda 219 milyon manata yaxın subsidiya verib.

Trend-in məlumatına görə, bunu AKİA-nın idarə heyəti sədrinin müavini Leyla Məmmədova cümə günü "Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu vəsaitlər kənd təsərrüfatında işləyən fermer və sahibkarlara texnika və digər avadanlıqların satın alınması üçün verilib:

"Bundan başqa, agentlik ilin əvvəlindən 3,4 milyon manat məbləğində faizsiz mikrokreditlər verib. Beləliklə, hər fermerə verilən kreditin məbləği orta hesabla 15 min manat təşkil edib. 2020-ci ildə sahibkarlara 278 milyon manat subsidiya verilmişdi".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti