...

Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının tanıdılmasında maraqlıdır - IBF prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2021 11:53 (UTC +04:00)
Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının tanıdılmasında maraqlıdır - IBF prezidenti

Bakı. Sədrəddin Ağcayev - Trend:

Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının populyarlaşmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə mətbuat konfransı zamanı Beynəlxalq Biznes Forumunun (IBF) prezidenti, MÜSİAD-ın təsisçisi Erol Yarar deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən üç gün sonra türkiyəli iş adamları ərazilərin bərpasında iştirak etməyə başladılar:

"Biz Azərbaycanın investisiya potensialının tanıdılmasında, ölkənin, o cümlədən Qarabağın inkişafına investisiya qoymaqda maraqlıyıq", deyə E.Yarar bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti