...

Quba rayonu Beynəlxalq Biznes Forumda təmsil olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2021 13:20 (UTC +04:00)
Quba rayonu Beynəlxalq Biznes Forumda təmsil olunub

Bakı. Trend:

Quba rayonu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) məhsullarından ibarət stenddə iştirak edir. Trend-in məlumatına görə forumda rayon adından Quba KOB dostu Asif Cəfərov çıxış edib.

Stenddə forumda iştirak edən müxtəlif iş adamlarına rayon haqqında məlumat verilib. Forumda dünya ölkələrindən gəlmiş sahibkarlar Xaçmaz Quba rayonunun turizm potensialı ilə tanış olmaqla yanaşı, rayonda istehsal olunan istehsal olunan məhsullarla tanış olurlar.
Bütün bunlarla yanaşı Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı Quba rayonu stendi ilə yaxından tanış olub.
Daha sonra bölgələrin inkişafı ilə tanış olmaq məqsədi ilə bir qrup iş adamı Quba rayonuna səfər edib.

Qeyd edək ki, Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb. Tədbirdə bir sıra ölkələrdən 550-yə qədər iş adamı və dövlət xadimləri iştirak edir. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti