...

Azad edilmiş ərazilərdə əlvan metal yataqlarının potensialının araşdırılması ilə bağlı işlər aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2022 12:17 (UTC +04:00)
Azad edilmiş ərazilərdə əlvan metal yataqlarının potensialının araşdırılması ilə bağlı işlər aparılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan əlvan metal yataqlarının potensialının araşdırılması ilə bağlı işlər aparılır.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, tədqiqat işləri “Tutxun” sahəsi və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə aparılır.

"Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji kəşfiyyat proqramı çərçivəsidə süni peyklərdən alınan hiperspektral görüntülərin işlənilir, müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatlar yerinə yetirilir. Gələcəkdə buruq-qazma və digər geoloji kəşfiyyat işlərinin icra edilməsi üçün sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməlidir. Bu istiqamətdə də paralel olaraq, müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır", - X.Fərzəliyev vurğulayıb.

Sədr müavini əlavə edib ki, şirkət Azərbaycanın malik olduğu zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində də əlaqədar dövlət qurumları ilə birgə iş aparır.

"2018-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti ilə birgə ölkə üzrə mövcud əlvan metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsi istiqamətində həyata keçirdiyi işlər buna əyani sübutdur. Sözügedən layihənin məqsədi ölkə üzrə əlvan metal filizi yataqları haqqında geoloji məlumatların düzgün təfsiri və öyrənilməsi, arxiv məlumatlarının təsnifatlandırılması, geoloji məlumatların beynəlxalq standartlara uyğun qaydada rəqəmsallaşdırılmasıdır. Layihə çərçivəsində Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar – xəritə, mətn və qrafik əlavələr elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb. Görülən işlər ölkədə əlvan metal resurslarının mədənlər üzrə əhəmiyyətlilik və səmərəlilik dərəcəsinin müəyyənləşdirilməsinə imkan verəcək. Həmçinin geoloji məlumatların rəqəmsallaşdırılması respublika üzrə əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq" - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti