Bakı. Trend:
Azad edilmiş ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.
"Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır", - nazir deyib.
Onun sözlərinə görə, Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür.
"Bu ərazilərin inkişafı da ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasına əsaslanır" - deyə o bildirib.