Bakı. Trend:
Aqrobiznesin inkişafında dövlətin dəstəyi vacibdir.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” adlı tədbir zamanı deyib.
O qeyd edib ki, dünya yeni çağırışlarla üzləşir.
"Bununla əlaqədar olaraq aqrobiznesin müasir, innovativ mühitini daim dəstəkləmək lazımdır və bu cür müzakirələr aqrobiznesin inkişafında rol oynayan tərəflərin birləşməsi üçün, eləcə də yaranan çətinliklərin aradan qaldırılması alət və üsullarının müəyyən edilməsi üçün vacibdir", - nazir deyib.
İ.Kərimov əlavə edib ki, bütün bunlar aqrobiznesin inkişafı, dəstək tədbirlərinin müəyyənləşdirilməsi və bu sahədə maarifləndirmənin artırılması üçün xüsusi əhəmiyyət daşıyır.