...

Google əməkdaşları kütləvi ixtisarlara qarşı nümayiş keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2023 11:42 (UTC +04:00)
Google əməkdaşları kütləvi ixtisarlara qarşı nümayiş keçiriblər

Bakı. Trend:

Amerikanın Google texnologiya şirkətinin əməkdaşları kütləvi ixtisarlara qarşı etiraz əlaməti olaraq nümayiş keçiriblər. Nümayiş iştirakçıları həmçinin əmək haqqının qaldırılmasını tələb ediblər.

Trend-in məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verib.

Aksiyalar son iki gün ərzində şirkətin Kaliforniya ştatındakı Mauntin-Vyu şəhərində yerləşən baş ofisində və Google şirkətinin Nyu-York ofisinin qarşısında keçirilib. Həmçinin bu yaxında işdən çıxarılmış min nəfər əməkdaşın xeyrinə çıxış edən nümayişçilərin ümumi sayı qeyd olunmayıb. Çıxışlar Google şirkətinin subpodratçları ilə yanaşı əməkdaşlarının da daxil olduğu Alphabet Workers Union həmkarlar ittifaqı tərəfindən təşkil olunub.

Google şirkətinə sahiblik edən Alphabet korporasiyası bundan əvvəl 12 min nəfər əməkdaşı işdən çıxarmaq barədə qərarı açıqlamışdı. Həmçinin Amerikanın Goldman Sachs bankının da 3,2 min iş yerini ixtisara salacağı və Microsoft korporasiyasının 2023-cü ildə təqribən 10 min nəfər əməkdaşı ixtisara salmaq niyyəti açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti