...

Azərbaycanın sığorta bazarında 40%-dək artım olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2023 16:35 (UTC +04:00)
Azərbaycanın sığorta bazarında 40%-dək artım olacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yekunlarına görə, Azərbaycanın sığorta bazarında 35-40 faiz səviyyəsində artım proqnozlaşdırılır.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, daşınmaz əmlak üzrə sığorta artımının iki dəfədən çox olacağı gözlənilir.

"Yaxın zamanda daşınmaz əmlak, ilin sonunadək isə "yaşıl kart"lar istisna olmaqla bütün növ sığorta məhsulları üzrə sığorta polislərinin elektron satışının başlanacağı gözlənilir. Bu cür rəqəmsallaşma Azərbaycanın sığorta sektorunda mühüm artımın əldə olunmasına şərait yaradacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 44,31 faiz artaraq təqribən 36,44 milyon manat olub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası seqmentində yığımlar il ərzində 64,33 faiz artaraq 35,667 milyon manata çatıb.

Bütünlükdə Azərbaycanda sığorta şirkətləri 221,067 milyon manatdan yuxarı məbləğdə sığorta pulu toplayıblar, ödənişlər isə 70,514 milyon manat olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti