...

Özbəkistanın xarici ticarət dövriyyəsi 6 ayda təxminən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2023 03:40 (UTC +04:00)
Özbəkistanın xarici ticarət dövriyyəsi 6 ayda təxminən 20 faiz artıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin 6 ayı ərzində Özbəkistanın xarici ticarət dövriyyəsi təqribən 29,2 milyard dollara çatıb.

Trend xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% və ya 4,7 milyard dollar çoxdur.

Özbəkistanın xarici ticarət dövriyyəsində ixrac 12,1 milyard ABŞ dolları, idxal isə 17,0 milyard ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-may aylarında Özbəkistan dünyanın 183 ölkəsi ilə ticarət əlaqələri həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti