...

2026-2028-ci illərdə mikro və kiçik sahibkarlara əlavə güzəşt mexanizmi tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2025 17:00 (UTC +04:00)
2026-2028-ci illərdə mikro və kiçik sahibkarlara əlavə güzəşt mexanizmi tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi, gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi və normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqini həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti