...

Azərbaycan İpoteka Fondunun icraçı direktoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 20:24 (UTC +04:00)

Azərbaycan Milli bankın (AMB) idarə heyətinin qərarı ilə əvvəllər beynəlxalq maliyyə təşkilatlarında Azərbaycanı təmsil etmiş Faiq Məmmədov AMB yanında təsis edilmitş İpoteka Fondunun icraçı direktoru təyin olunub. Bu barədə dekabrın 29-da keçirilmiş mətbuat konfransında bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, artıq AİF üçün bank hesabı açılıb və o, qeydiyyatdan keçib. Həmçinin, onun strukturu və nizamnasməsi də təsdiqlənib.

AİF 2006-cı ildən etibarən fəaliyyətə başlayacaq və artıq onun vəsaiti hesabına ipoteka kreditləri verəcək bankların siyahısı təsdiqlənib. Saziş layihəsi hazırdır və o, yanvarın 15-də Azərbaycana səfər edəcək ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi ilə razılaşdırılacaq.

AİF-in sərəncamında dövlət büdcəsi tərəfindən 2005-2005-cı illər üçün ayrılmış 130 mlrd manat vəsait var. Faiq Məmmədovun Trend ə verdiyi məlumata görə, 2006-cı il ərzində 1000-ə qədər ipoteka kreditinin verilməsi nəzərdə tutulur.

Kreditlərdən alınacaq faizlər yenidən kreditlərin verilməsi üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti