...

Bakıda ilk yeni körpünün inşasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2006 16:47 (UTC +04:00)
Bakıda ilk yeni körpünün inşasına başlanılıb

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakının nəqliyyat infrastrukturunun yüklənməsinin aradan qaldırılması məqsədilə körpülərin inşası layihəsinin gerçəkləşdirilməsinə başlayıb. Trend in xəbər verdiyi kimi, martın 15-də "Məşədi Əzizbəyov" metro stansiyası yaxınlığındakı dairədə birinci körpünün təməli qoyulub. Körpünün uzunluğu 2,5 km, nəzərdə tutulan dəyəri isə $25 milyon təşkil edəcək. Tikinti işlərini Azərbaycanın "Azərkörpü" şirkəti həyata keçirir.

Nəqliyyat naziri Ziya Məmmədovun məlumatına görə, yaxın vaxtlarda Tiflis prospektində daha bir körpünün inşasına başlanacaq. Ümumilikdə 9 körpü tikiləcək. Bu layihələrin 2 il ərzində gerçəkləşdirilməsi nəzərdə tutulur. Həmçinin, çoxlu sayda yeraltı və yerüstü keçidlərin inşası da planlaşdırılır.

Bu istiqamətdə bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı çərçivəsində həyata keçiriləcək. Nazirin sözlərinə görə, nəqliyyat qovşaqları müasir texnologiyalara uyğun inşa edilir. Körpülərdə işıqforlar quraşdırılmayacaq, bu isə tıxacların qarşısının alınmasına imkan verəcək. Nazir onu da qeyd edib ki, şəhərdə tıxac məsələsinin tam həlli üçün inşaat işləri davam etdirilməlidir.

İnşaat zamanı xarici şirkətlər məsləhətçi kimi cəlb olunur.

Xəbər lenti

Xəbər lenti