...

Azərbaycan İpoteka Fondu Bank Standard və Texnika Bankın yenidən maliyyələşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 15:43 (UTC +04:00)

"Bank Standart" və "Texnikabank" Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ilk banklar olub. Trend in AİF-ə istinadən xəbər verdiyi kimi, yenidən maliyyələşdirilmə tərəflər arasında bağlanmış baş sazişlərdə nəzərdə tutulduğu kimi, müvafiq sənədlərin təhvil-təslim proseduru tamamlandıqdan sonra 1 gün ərzində həyata keçirilib.

Beləliklə, Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu özünün əsas funksiyalarından birinin icrasını təmin etməklə Azərbaycan Respublikası və eləcə də Cənubi Qafqaz bölgəsində ilk dəfə olaraq müvəffəqiyyətlə ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirilib.

Yenidən maliyyələşdirmə - müvəkkil kredit təşkilatı tərəfindən verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarının AİF tərəfindən alınmasıdır ki, nəticədə müvəkkil kredit təşkilatlarının hesablarına AİF tərəfindən vəsaitlər köçürülür, bu da MKT aktivlərinin artırılmasına xidmət edir və yeni kreditlərin verilməsinə imkan yaradır. Yenidən maliyyələşdirmə beynəlxalq təcrübədə olduğu kimi, ipoteka kreditlərinin verilməsinin davamlılığını və genişləndirilməsini təmin edən alətdir.

Mart ayından başlayaraq, birinci ipoteka kreditləri Bank Standard, Texnikabank, Turanbank, Xalq Bankı, Nikoyl Bank, Azərdəmiryolbank və Unibank vasitəsilə verilib.

Xəbər lenti

Xəbər lenti