...

Azərbaycan xəzinəsinin avtomatlaşdırılması prosesi sona çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 15:53 (UTC +04:00)

Azərbaycanın Baş Dövlət Xəzinəsi regional maliyyə şöbələrinin avtomatlaşdırılmasını başa çatdırır. Bu barədə Trend ə Dünya Bankının "İnstisional inkişafa texniki yardım" (IBTA-2) layihəsinin gerçəkləşdirmə qrupundan xəbər verilib. Təmir ilə əlaqədar Naxçıvan MR-nın xəzinə şöbələrində (bölmələrində) avtomatlaşdırma işləri qalıb.

IBTA-2 layihəsinin başa çatdırılması baxımından xəzinədə avtomatlaşdırma işlərini həyata keçirən RİSK şirkəti xidmətlərinin ödənişi ilə əlaqədar maliyyə məsələləri də həll olunub.

Maliyyə Nazirliyi rəhbərliyinin bəyanatlarına əsasən, xəzinənin avtomatlaşdırılmış sistemi 2006-cı ilin sonuna qədər işə düşəcək. Bundan əvvəl isə xəzinə işçilərinin yeni sistemdə işləməsi üçün təhsil proqramı həyata keçiriləcək.

Təminat proqramının alınması üçün USAID $2,9 mln. qrant ayırıb. Avadanlıq IBTA-2 layihəsinin $2,85 mln. həcmində krediti hesabına alınacaq. Ümumilikdə xəzinənin avtomatlaşdırılması üçün lazım olan vəsait təxminən $6 mln. təşkil edəcək. Xəzinə sistemi 1997-ci ildə yaradılıb ki, bu da uçotu qaydaya salmağa imkan verib. Xəzinənin mərkəzi ofisi ilə 86 regional şöbəsi arasında informasiya sisteminin yaradılması büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə nəzarəti və büdcə maliyyələşdirilməsi üçün üstün sahələri müəyyənləşdirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti