Azərbaycan Milli Bankında (AMB) Moodys İnvestor Services beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Conatan Şiferin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Trend "NBA"ya istinadən xəbər verir ki, onu agentliyin analitiki Kennet Orhard, City Group-un vitse-prezidenti Dilen Demir və idarəçi direktor Stefan Takin müşahidə edir.
AMB-nin idarə heyətinin sədri Elman rüstəmlvla görüşdə monetar siyasət, bu siyasətin prosesləri və formalaşdırılma məqsədləri, inflyasiya üzrə proqnozlar, ödəniş balansı, xarici borcun vəziyyəti, bank sistemində islahatlar və sair məsələlər müzakirə oolunub.
Ekspertlər həmçinin Maliyyə, iqtisadi İnkişaf nazirlikləri, ARDNF, beynəlxalq Bank, BP, AYİB-in Bakı nümayəndəliyində görüşlər keçirib. Qiymətləndirmə başa çatdıqdan sonra Moodys tərəfindən ölkəyə reytinqin verilməsi gözlənilir.
2006-cı ildə Azərbaycana iki agentilikdən reytinq veriləcək.