...

Vergilər naziri ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 20:57 (UTC +04:00)

Bu gün Vergilər Nazirliyində ABŞ-ın fövqaladə və səlahiyyətli səfiri Enn Dersi ilə görüş keçirilib. Trend nazirliyə istinadən xəbər verir ki, görüş tanışlıq xarakteri daşıyıb.

Vergilər naziri Fazil Məmmədov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın uğurlu davam etdirilməsinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələri var ki, bu da BTC kəmərinin uğurla başa çatdırılacağına sübutdur.

E.Dersinin sözlərinə görə, Azərbaycan dost ölkə hesab olunur və ABŞ onun dünya ictimaiyyətinə iqteqrasiyası istiqamətində istənilən yardımı göstərməyə hazırdır. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkələr arasında əməkdaşlığın yeni mərhələsinin başlanması üçün əsas qoyub.

Onun dediklərinə görə, Amerika iş adamları Azərbaycana maraq göstərir və səfir fəaliyyət dövründə kommersiya əlaqələrinin inkişafı üçün əlindən gələni etmək niyyətindədir.

Nazir vergilər sahəsində həyata keçirilən islahatlar, Vergi Məcəlləsi, vergi inzibatçılığı və vergi nəzarətinin təşkilinin təkmilləşdirilməsi barədə geniş məlumat verib.

F.Məmmədovun sözlərinə görə, son illər ərzində ölkənin vergi xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində vacib tədbirlər görülür. Bunların arasında vergi ödəyicilərinin xidmət sistemi, vergi hesabatının sadələşdirilməsi, vergi növlərinin azaldılması, vergi sistemindəki bütün proseslərin avtomatlaşdırılması, şəffaf prosedurların tətbiqi var.

Nazirlik qısa müddətdə vergi bəyanamələrinin elektron şəkildə qəbulu prosesinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti