...

Gəncə avtomobil zavodu üçün ilk komplektləşdirici hissələr avqustun 3-cü ongünlüyündə gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2006 17:07 (UTC +04:00)

Çinin Changan zavodunun istehsalı olan avtomobillərin yığılması üçün ilk komplektləşdirici hissələr avqustun 3-cü on günlüyündə gətiriləcək. Bu barədə Gəncə avtomobil zavodunun rəhbəri Xanlar Fətiyev Trend ə eksklüziv bildirib.

Birinci partiya 18, ikinci partiya isə 50 avtomobilin yığılması üçün nəzərdə tutulmuş hissələrdən ibarətdir. Yığılan avtomobillər "Gəncə" adını daşıyacaq.

X.Fətiyev deyib ki, avtomobillər zavodun 20 min kvadrat metrlik sahəyə malik yeni sexində yığılacaq. Bütün işlər müəssisənin hesabına həyata keçiriləcək. Hazırda zavod öz avadanlığını yenidən işə salıb. Bu avtomobillərin bəzi hissələri zavodun özündə istehsal olunacaq.

Müəssisədə 1-3,5 tonluq yük və yarımyük maşınları da istehsal olunacaq. Bu maşınların ilkin dəyəri 6-9 min AZN həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti