...

Azərbaycandan Gürcüstana maşının çənində 5 litr benzin aparmağa icazə verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 17:11 (UTC +04:00)

Gürcüstan hakimiyyəti Azərbaycandan Gürcüstana 5 litrdən çox benzin keçirməyi qadağan edib. Trend in xüsusi müxbirinin verdiyi məlumata əsasən, Azərbaycandan Gürcüstana gələn sürücülərə yaxın yanacaqdoldurma məntəqəsinə çatmaq üçün maşının çənində 5 litr benzin keçirmək olar, qalan benzin isə boşaldılır.

Sürücülər bəyan edir ki, bu tədbirlər Gürcüstanın maliyyə polisinin şifahi sərəncamı ilə görülür. Bu əmr əsasında gömrük işçiləri sürücüləri artıq benzini boşaltmağa məcbur edir ki, bu da sürücülərin narazılığına səbəb olur.

Sürücülər bildirir ki, Azərbaycanda bir litr benzin onlara 0,7 lariyə başa gəldiyi halda, Gürcüstanda 1,7 laridir.

Rəsmi qurumlar hələlik jurnalistlərə açıqlama vermir.

Xəbər lenti

Xəbər lenti