...

Koreya Azərbaycanla sənaye sahəsində əməkdaşlıq fondunun yaradılması üçün maliyyə məsələlərini həll etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2006 17:43 (UTC +04:00)

Azərbaycan və Koreya arasında əməkdaşlığın institusionalizasiyası haqqında qərar hökumətdə bu məsələnin müzakirəsindən sonra qəbul edilə bilər. Bu barədə Trend ə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Koreya hökuməti Azərbaycana əməkdaşlıq fondunun yaradılmasını təklif edib. "Bu mərhələdə iki ölkə arasında əməkdaşlığın inkişafı əsas və şərtləndirici amildir", - deyə N.Səfərov qeyd edib.

Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qulun sözlərinə görə, sənaye sahəsində əməkdaşlıq fondu yaratmaq üçün ilk öncə vəsait tapmaq lazımdır. Maliyyə dəstəyi olmadan fəal əməkdaşlığı təmin etmək qeyri-mümkündür. Buna görə də bu məsələ Azərbaycan hökuməti ilə də müzakirə olunacaq.

Fondun büdcəsi əməkdaşlığın təşkilinə, xüsusilə biznes-forumların keçirilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti