2006-cı ilin yanvar-avqust aylarında MDB ölkələri üzrə ÜDM artımı 2005-ci ilin analoji göstəricisinə nisbətən orta hesabla 6 % təşkil edib. Trend in xəbər verdiyi kimi, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına əsasən, öyrənilən dövr ərzində ÜDM üzrə ən çox artım Birlik ölkələri arasında Azərbaycanda (34,4%) və Ermənistanda (11,3%) qeydə alınıb.
Belorusiyada artım 9,8%, Tacikistanda - 7,5%, Rusiyada - 5,8%, Ukraynada - 5,7%, Qırğızıstanda - 3,5%, Qazaxıstanda - 9,3%, Moldovada - 5%, Özbəkistanda isə 6,6% təşkil edib.
Gürcüstan və Türkmənistanda ÜDM artımı ilə bağlı məlumatlar verilmir.