...

"Malakut" sığorta brokeri Azərbaycan bazarına fəal surətdə daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2006 19:18 (UTC +04:00)

"Malakut" Sığorta brokeri" QSC gələn həftədən fəal surətdə Azərbaycan bazarına daxil olmağı planlaşdırır. Bu barədə "Malakut Sığorta" Sığorta və yenidən sığorta brokeri" MMC-nin baş direktoru Emin Aslanov məlumat verib.

"Malakut" ölkənin Maliyyə Nazirliyindən 8 avqust tarixində aldığı lisenziya əsasında 1 sentyabr 2006-cı ildə Azərbaycanda ofis açıb. Şirkətin təqdimatında "Malakut"un Direktorlar Şurasının nümayəndəsi Andrey Dolqopolov qeyd edib ki, Azərbaycan perspektiv bazarlardan biridir. Bununla bağlı onlar Azərbaycanın artıq bir çox sığorta şirkətləri ilə işləyiblər, lakin fəaliyyəti daha da çox inkişaf etdirmək üçün ofis açmaq qərarına gəliblər.

"Malakut"un Ukraynada nümayəndəliyi, Qazaxıstan, Azərbaycan və Vyetnamda isə törəmə şirkətləri var.

A.Dolqopolovun sözlərinə görə, "Malakut" 2000-ci ilin iyun ayında yaradılıb, lakin artıq Rusiyada broker və sığorta şirkətləri arasında liderdir və 2006-cı ilin məlumatlarına görə, şirkətin RF üzrə portfelinin həcmi 12-14 mln. ABŞ dolları dövriyyə ilə 100 mln. ABŞ dollarını ötüb.

Azərbaycanda prioritet istiqamətlər enerji, əmlak, aviasiya, dəniz, yük daşımaları risklərinin sığortalanmasıdır. E.Aslanovun sözlərinə görə, şirkət Vyetnamda artıq iri neft layihələrinə cəlb olunub, onun Azərbaycanda da analoji planları var. Sığorta şirkətlərindən başqa "Malakut Sığorta"nın müştəriləri qismində banklar, tikinti şirkətləri, otellər cəlb olunacaq.

Ölkədə fəaliyyətə başladığı vaxtdan şirkət hələ Standard İnsurance ilə bir müqavilə bağlayıb və ümid edir ki, 2006-cı ilin sonuna qədər müqavilələrin sayı 5-6-ya çatacaq. "Biz yalnız sığorta bazarının liderləri ilə deyil, həm də daha kiçik şirkətlərlə işləməyə çalışırıq. Təcrübəmizi, bazamızı, digər ölkələrdə bağlanmış müqavilə nümunələrinin olmasını nəzərə alaraq, onları da dəstəkləmək lazımdır. Lakin müqaviləni keyfiyyətin yüksək olduğu zaman bağlayacağıq, çünki biz şirkətləri qərb bazarında təmsil edəcəyik, müvafiq olaraq bu, ölkənin imicinə təsir göstərə bilər", - deyə E.Aslanov qeyd edib.

Broker şirkətləri üçün tələbin 5 min ABŞ dolları olduğu halda, "Malakut Sığorta" 170 min ABŞ dolları nizamnamə kapitalı ilə təsis edilib.

Xəbər lenti

Xəbər lenti