...

Dövlət Əmlak komitəsi "Moskva" mehmanxanasının özəlləşdirmə üzrə investisiya müsabiqəsinin qalibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 15:21 (UTC +04:00)

Dövlət əmlakını idarə edilməsi üzrə Dövlət komitəsi Azinko Holding MMC-ni "Moskva" mehmanxanasının 99,98% səhmlərinin satılması üzrə müsabiqənin qalibi elan edib. Trend Dövlət Komitəsinin istinadına əsaslanaraq məlumat verir ki, investor 4 il ərzində mehmanxanaya 157 milyon dollar qoyulması öhdəliyini öz üzərinə götürüb.

Bu səhmlərin qoyulması ilə mehmanxananın 37 mərtəbəli, beynəlxalq norma və standartlara cavab verəcək müasir mehmanxana komleksinə çevriləcəyi guman edilir. Burada müasir avadanlıq və kommunikasiyalarla təchiz olunan qonaqlar üçün 500 otaq, sağlamlıq və biznes mərkəzləri, müxtəlif idarələr, tədbirlər və banketlər üçün zallar, bir çox oyun zalları və dincəlmək üçün salonlar, restoranlar və 50 avtomobil üçün avtodayanacaq olacaq.

Bununla yanaşı, bu investisiya layihəsinin reallaşdırılması nəticəsində ilk dörd il ərzində 300 yeni iş yeri yaradılacaq. Hazırda "Moskva" mehmanxanasında 19 nəfər çalışır. Əməkdaşların əmək haqları 300 manata kimi qaldırılacaq.

1 avqust 2006-cı ilə olan məlumata görə, mehmanxananın nizamnaməsinə uyğun fondu 1 838 192 manat təşkil edir.

Mehmanxananın öhdəliyi 128,692, əmək haqları ilə bağlı borc və onlara bərabər borclar -76,331 min manat təşkil edir. Debitor borcları 3,84 min manat təşkil edir. Bina 1980-cı ildə istismara verilib.

.

Xəbər lenti

Xəbər lenti