...

31 dekabr – 3 yanvar, bəlkə də 4 yanvar Azərbaycanda istirahət günü ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 13:17 (UTC +04:00)

31 dekabr - 3 yanvar, bəlkə də 4 yanvar Azərbaycanda istirahət günü ola bilər. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Məlum olduğu kimi, dekabrın 31-i - Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu il dünya müsəlmanları məhz dekabrın 31-də Qurban bayramını qeyd edəcəklər. Hər iki bayram bazar gününə düşdüyündən, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, əgər bayram günləri həftə sonuna düşürsə, o zaman bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.

Hökümətdən verilən xəbərə görə, indi parlamentdə iki və ya bir əlavə günün istirahət günü edilməsi məsələsi müzakirə olunur. Nazirlər Kabineti parlamentin qərarını gözləyir.

Xatırladaq ki, "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanuna əsasən yanvarın 1 və 2-si istirahət günü elan olunub.

Xəbər lenti

Xəbər lenti