...

Azərbaycanın Dövlət Gömrük komitəsi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 19:07 (UTC +04:00)

Bu gün Azərbaycanın Dövlət Gömrük Komitəsində vəfatının 3 illiyi ilə əlaqədar Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. DGK-ya istinadən Trend in verdiyi xəbərə görə, Komitənin sədri Aydın Əliyev tədbirdə çıxış edərək söyləyib ki, Heydər Əliyevin vəfatından artıq üç il ötməsinə baxmayaraq, o, xalqımızın xatirəsində daim yaşayacaq. "Müdrik Heydər Əliyev Azərbaycanı yaratdı və bu ölkə getdikcə daha böyük uğurlar əldə edəcək" - deyə A. Əliyev vurğulayıb.

Tədbir iştirakçıları mərhum prezidentin xatirəsini bir dəqiqəldik sükutla yad ediblər. Bundan sonra Milli Məclisin deputatı Nizami Cəfərov çıxış edib və H. Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın yaranmasında onun rolu barədə danışıb.

Xəbər lenti

Xəbər lenti