...

Türkiyənin sənaye və ticarət nazirinin Azərbaycana səfər proqramı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 14:35 (UTC +04:00)

Trend xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin sənaye və ticarət naziri Əli Coşqunun dekabrın 18-20-də Azərbaycana gözlənilən səfər proqramını hazırlayıb.

Türkiyə naziri Azərbaycana dekabrın 18-də gələcək. Ə.Coşqun səfərini saat 10:00-da Azərbaycanın eks-prezidenti Heydər Əliyevin memorialına və türkşəhidlərin məzarına əklil qoymaqla başlayacaq. Həmin gün saat 11:00-da Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşəcək, saat 14:00 və 15:30 üçün Azərbaycan-Türkiyə iş adamları birliyində (ATIB) və Azərbaycan-türk sənayeçi və biznesmenlərinin Beynəlxalq Assosiasiyasında (TUSIAB -Azerbaijan International Association of Turkish Industrialists and Businessmen) görüş planlaşdırılır.

Dekabrın 19-da saat 10:00-da Türkiyənin sənaye və ticarət naziri ATIB-in iclasında iştirak edəcək. Saat 15.00-da Azərbaycanin baş nazirinin müavini Abid Şərifovla görüşü gözlənilir.

Elə həmin gün nazirin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də gözlənilir.

Nümayəndə heyəti dekabrın 20-də vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti