...

Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyası avtomobil idxalına aksiz tətbiq etməyin tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 15:10 (UTC +04:00)

Yeni ildən idxal olunan avtomobillərə gömrük aksiz rüsumu tətbiq olunacaq ki, bunun miqdarı gətirilən avtomobilin mühərrikinin həcmindən asılı olacaq.

Bu artıq maşınlara ajiotaj tələbata gətirib çıxarıb. Bazar günü avtomobil bazarında maşınların dəyəri ötən aya nisbətən təxminən 10% yüksək olub. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) prezidenti Natiq Zərbəliyevin Trend ə verdiyi xəbərə görə, onun fikrincə, yeni aksizlərin tətbiq olunmasının ziyandan çox xeyri var. "Əlbəttə, bu pisdir ki, maşınlar bahalaşır. Bununla belə, Gəncə Avtomobil zavodunda mənə məlumat veriblər ki, aksizlərin tətbiq olunması Gəncə, Şamaxı və Bakıda daxili avtomobil istehsalında stimulyasiyaya gətirməyəcək, aksizlər idxal olunan maşın hissələrinə də alınacaq. Belələiklə, köhnə idxal olunmuş maşınlarla yeni idxal olunmuş maşınların qiyməti arasındakı fərq tarazlaşacaq. Həmçinin Avropadan kiçik və qənaətcil mühərrikli yeni maşınların gətirilməsi daha sərfəli olacaq, nəinki, 2000 kub.santimetr və ondan daha yuxarı həcmli mühərriki olan köhnə maşınların"-deyə o, qeyd edib. AADA-da hesab edirlər ki, aksizlərin tətbiq olunması küçələrdə avtomobil alveri ilə məşğul olan "boz diler"lərə zərbə olacaq.

"Həm də əlbəttə, dövlətin maraqlarını unutmaq olmaz. Yeni rüsumlar sosial idarələrin büdcəsini dolduracaq, müəllimlərin həkimlərin və s. məvacib planının qaldırılmasına kömək edəcək"- N. Zərbəliyev sözünü bitirib.

Xəbər lenti

Xəbər lenti