...

Neft məhsullarının qiymətinin qalxması Azərbaycan Dövlət büdcəsinə daxilolmaları artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 13:20 (UTC +04:00)

Respublikanın daxili bazarında neft məhsullarının qiymətinin qalxması Azərbaycan dövlət büdcəsinə 200 mln. manat məbləğində əlavə daxilolmalara səbəb olacaq. Trend xəbər verir ki, Azərbaycanın Tarif Şurası 1 litr məişət soba yanacağı və ağ neftin (KO-20) qiyməti 0,45 manat səviyyəsində təsdiq olunub.

Azərbaycanın Tarif Şurası həmçinin elektrik enerjisinin qiymətinin dəyişməsi üzrə qərar qəbul edib. Bu, elektrik enerjisinin istehsalı üçün istifadə olunan mazut və qazın qiymətinin qalxması ilə izah olunur və bu da, öz növbəsində, istehsalın maya dəyərinin qalxmasına səbəb olub.

1 kVt/s elektrik enerjisinin topdan satış qiymətinin 0,052 manat və tranzit tarifinin 0,03 manata qədər təklif olunmasına baxmayaraq, Tarif Şurası onları müvafiq olaraq 0,041 və 0,02 manat səviyyəsində təsdiq edib.

Həmçinin kiçik özəl su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin satışı üzrə problemləri həll etmək, istehsalı stimullaşdırmaq və sahibkarların maraqlarının artmasını nəzərə alaraq külək və su elektrik stansiyaları tərəfindən enerjinin yaradılması, eləcə də respublikaya elektrik enerjisinin idxalı baxımından yeni tariflərin tətbiq olunması haqqında qərar qəbul olunub.

Nəticədə kiçik su elektrik stansiyalarında istehsal olunan 1 kVt/s elektrik enerjisinin topdan satış qiyməti 0,025 manat və külək elektrik stansiyalarında istehsal olunan 1 kVt/s enerjinin dəyəri 0,045 manat səviyyəsində müəyyən olunub.

Bundan başqa, Tarif Şurası bütün istehlakçı kateqoriyaları üçün elektrik enerjisinin tariflərini vahid şəklə salıb və qiyməti 0,06 manat səviyyəsində müəyyən edib.

İstehlakçılar üçün (əhali istisna olmaqla) 1000 kubmetr qazın qiyməti 100 manata qədər artırılıb. Əhalidə bu göstərici 1000 kubmetrə görə 47,2 manat səviyyəsində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti