2006-cı ilin dekabrında dövlət qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) saziş həcmi üzrə diler renkinqinə, əməliyyatların ümumi məbləği 24,225 mln. AZN olmaqla, "Koçbank-Azərbaycan" rəhbərlik edib. Trend Bakı fond birjasının yaydığı press-relizə istinadən xəbər verir ki, ikinci yeri 7,073 mln. AZN məbləğində diler əməliyyatları həyata keçirmiş "Azərtürkbank" tutub. O, birinci yerdən 17,125 mln. AZN geridə qalıb. Üçüncü yeri diler əməliyyatlarının məbləği 7,035 mln. AZN olan Bank of Baku tutub.
Noyabr ayı ilə müqayisədə dekabrda diler renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi artıb. Belə ki, noyabr ayında diler əməliyyatlarının liderlik edən məbləği 18,130 mln. AZN təşkil edib, dekabr ayında isə bu məbləğ 1,34 dəfə çoxdur. Bundan başqa, dekabr ayında əməliyyatları həyata keçirmiş dilerlərin sayı dəyişməz qalıb, yəni 6 diler təşkil edib.
2006-cı ilin dekabr ayında əməliyyatların həcminə görə DQK bazarında Dilerlər Renkinqi
| Əməliyyatların həcminə görəməliyyatların həcminə görə yer **** | Əməliyyatların həcminə görəməliyyatların həcminə görə yer ** | Dilerin adıadı | Əməliyyatların həcmi (AZN)məliyyatların həcmi (AZN) | 
| 1 | 1 (-) | "Koçbank- Azərbaycan"oçbank- Azərbaycan" | 24.224.629,92 | 
| 4 | 2 (▲) | "AzerTürkbank"ürkbank" | 7.072.857,32 | 
| 2 | 3 (▼) | "Bank of Baku" | 7.034.738,88 | 
| 3 | 4 (▼) | "UniBank" | 4.870.014,12 | 
| 6 | 5 (▲) | "Azeriqazbank" | 3.511.219,34 | 
| 5 | 6 (▼) | "Atabank" | 3.201.184,58 | 
** - Noyabr * - Dekabr
