...

Ziyad Səmədzadə : "İnflyasiyanın artımı pul gəlirlərini ötsə əhalinin həyat səviyyəsi aşağı düşəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 20:20 (UTC +04:00)

İnflyasiyanın artımı pul gəlirlərini ötsə əhalinin həyat səviyyəsi aşağı düşəcək.

Trend in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə belə deyib.

Onun sözlərinə görə, inlfyasiyanın artım sürəti əmək haqqının artımı ilə yox, pul gəlirlərinin artımı ilə müqayisə olunur: "Azərbaycanda əmək haqqı pul gəlirlərinin cəmi 30 faizini təşkil edir. Bu qənaətbəxş deyil. İnkişaf tempi deməyə əsas verir ki, əmək haqqının həcmi pul gəlirlərində əsas yer tutacaq. Azərbaycanda bir neçə ildir ki, pul gəlirləri inflyasiyadan iki dəfə çox üstünlük təşkil edir."

Z. Səmədzadə vurğulayıb ki, inflyasiyanı fövqəladə amil saymaq da düzgün deyil. İqtisadi inkişafın səviyyəsindən asılı olaraq inflyasiya mövcuddur. "Amma inflyasiyanın artımı pul gəlirlərini ötsə əhalinin həyat səviyyəsi aşağı düşəcək. Hətta, bizim inkişafımızı istəməyən ekspertlər də hesab edir ki, Azərbaycanın inkişafı əvvəlki illərə nisbətən xeyli yüksəkdir və bu meyil yoxsulluğun, işsizliyin azaldılmasına mühüm təsir göstərəcək. Azərbaycan cəmiyyətin baş verən proseslərə populizmdən yanaşmaq lazım deyil. Ölkənin iqtisadi siyasəti xalqın milli maraqlarına uyğundur", - deyə komissiya sədri bildirib.

Xəbər lenti

Xəbər lenti