...

AGBank 2006-cı maliyyə ilini yekunlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 18:40 (UTC +04:00)

2005-ci ilin analoji dövrü ilə müqayisədə AGBank-ın bütün əsas maliyyə göstəriciləri üzrə nəzərə çarpacaq artım müşahidə olunur. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Bankın aktivləri 2005-ci ilin dekabr ayı ilə müqayisədə 49% artaraq, 88,3 milyon manat təşkil edib.

Bankın kredit portfeli il ərzində 19,8 milyon manat artaraq, 53,6 milyon manat təşkil edib, bu isə 2006-cı il yanvarın əvvəlindəki göstəricidən 59% çoxdur.

1 yanvar 2007-ci il tarixinə görə, bank tərəfindən cəlb olunmuş depozit həcmi 72,1 milyon manat təşkil edib. Bu göstəricinin illik artımı 21,5 milyon manat, yəni 42% təşkil edib.

2006-cı ilin yekunları üzrə AGBank-ın gəlirləri 18,3 milyon manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 milyon manat çoxdur. Bankın xərcləri 2006-cı ildə 2,1 milyon manat artıb və 15,7 milyon manat təşkil edib. Bankın balans gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 63% artaraq, 2,6 milyon manat təşkil edib.

01.01.07 tarixinə olan məlumata görə, həmçinin bankın müştəri bazası da artıb və müştərilərin sayı 35 069 nəfər təşkil edib. onlardan 2 998 nəfəri hüquqi şəxs, 32071 nəfəri - fiziki şəxsdir.

Bununla yanaşı, AGBank bütün il ərzində öz məhsullarının genişləndirilməsi üzərində fəal şəkildə işləyib. Müştərilərə bir sıra yeni məhsul və xidmətlər təklif olunub. Onlara "Magellan" ko-brendinq kartı, Maestro Business Prepaid Card, yeni sığorta kartı, eləcə də səhmlər və bankın MasterCard International və Visa International beynəlxalq ödəniş sistemləri ilə birgə həyata keçirdiyi kampaniyalar daxildir.

01.01.2007-ci il tarixində Visa International və MasterCard International sistemlərinin fəaliyyətdə olan AGBank-dakı kartlarının həcmi 18 000 ötüb.

Eləcə də ötən ilin əsas hadiəsi Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) bankın səhmdarları sırasına daxil olması olub, bu isə AGBank-ın etibarlılıq və sabitliyinin əsas amillərindən biridir.

Xəbər lenti

Xəbər lenti