...

"Kapital Bank" Azərbaycanın qaçqın və məcburi köçkünlərinin pul alması şəraitini yaxşılaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 18:51 (UTC +04:00)

Trend xəbər verir ki, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsi həmin vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması prosesi ilə məşğul olan müvfiq dövlət strukturlarına tapşırıqlar verib.

Bazar ertəsi "Kapital Bank"ın idarə heyətinin sədri Rauf Rzayev bildirib ki, baş nazirin müavini Əli Həsənovun sədrliyi altında keçən əvvəlki iclasda bu istiqamətdə yaranmış vəziyyətin təhlili aparılıb.

R.Rzayev bildirib: "Bizim bank qaçqın və məcbur köçkünlərin çörək kompensasiyaları üzrə sosial layihədə agentlik funksiyaları yerinə yetirəcək. Dövlət tərəfindən onlar üçün ayrılmış pulu almaları şəraitini yaxşılaşdırmaq məqsədilə "Kapital Bank"a əlavə üç bankomatın quraşdırılması həvalə edilb ki, vətəndaşlar rayon məkəzlərinə getməsinlər".

Bundan başqa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb ki, bu aztəminatlı təbəqənin yaşadığı şəhərciklər telefon rabitəsi ilə təmin edilsin. "Kapital Bank" başçısının fikrincə, bu, qaçqın və məcubri köçkünlərə həmçinin imkan verəcək ki, bankın bankomtları qurulmayan yerlərdə POS-terminallardan istifadə etsinlər.

Bu layihə çərçivəsində bu gün üçün "Kapital Bank" 130 000 kart ayırıb.

Xəbər lenti

Xəbər lenti