...

Malakut Sigorta yeni sığorta proqramı hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Ü.İsmayılova / Şirkətin baş direktoru Emin Aslanovun çərşənbə axşamı verdiyi məlumata görə, Malakut Sigorta indiyədək Azərbaycanda tətbiq edilməyən yeni sığorta proqramı hazırlayır.

Onun sözlərinə görə, şirkət yeni layihəyə Böyük Britaniya və Rusiyanın iri sığorta şirkət lərini cəlb edir. Malakut Sigorta -nın yeni layihəsi özünə sığorta banklarını da daxil edir. Xidmətin məqsədi bank əməkdaşlarını səhvlərdən, əməkdaşların aldadılması, saxta pullar və qiymətli kağızların qəbul edilməsindən sığortalamaqdan ibarətdir. Bundan savayı, Malakut Sigorta tikintiyə də sığorta təklif edə bilər. Bu xidmət tikinti işinin özünün sığortasından ibarətdir: evlərin sığortası, tikintinin müddəti və məsuliyyətin sığortası.

Şirkətin hazırda işlədiyi sığortanın 3-cü forması fabrik və zavodlarda fors major hallarda istehsalın dayandırılmasından ibarətdir. Malakut Sigorta-nın fəaliyyətinin əsas istiqaməti energetika, mülkiyyət, hava nəqliyyatı və dəniz hadisələrindən sığortadan ibarətdir.

Xəbər lenti

Xəbər lenti