...

Ekspertlər: Bakıda daşınmaz əmlakın qiymətinin artımına inflyasiya səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 12:54 (UTC +04:00)
Ekspertlər: Bakıda daşınmaz əmlakın qiymətinin artımına inflyasiya səbəb olub

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin fevral ayı ərzində apardığı monitorinqin yekunlarına görə, daşınmaz əmlak bazarında 2006-cı ilin son iki ayı ərzində baş vermiş artımdan sonra nisbi sabitlik müşahidə edilir.

Bu gün Birlikdən verilən məlumata görə, istehlak qiymətlərində baş verən qiymət dəyişiklikləri bazarda təklif portfelinin azalmasına səbəb olub. "Azeri-REİ" qiymət indeksi (daşınmaz əmlak bazarının qiymət indeksi) fevral ayı ərzində 1,4 faiz artıb və bu da əsasən ilkin bazarlar hesabına baş verib. Yaşayış və qeyri-yaşayış sahələri bazarında qiymətlər nisbətən sabit olub. Qiymət indeksinə nəzərən satışa təklif olunan əmlakın orta qiyməti şəhər üzrə 1,3 faiz təşkil edib. Təkrar mənzil bazarında qiymət indeksinin artımı 0,4 faiz olub. Bu da 2006-cı ilin eyni dövrü ilə müqayisədə (0,5 faiz) çox az fərqlənir.

Monitoriq göstərib ki, bazarın aktivliyi son 3 il ərzində ən aşağı səviyyədə olub. Qiymətlərin maksimal artımı III zonada, tamamilə sabitlik isə I zonada müşahidə olunub.

Fərdi həyət evləri üzrə orta qiymət 149,55 min dollar təşkil edib, bu da əvvəlki ay ilə müqayisədə qiymət indeksi ilə ifadədə 3,1 faiz çoxdur. Satışa təklif olunan fərdi evlərin həyətyanı torpaq sahələri 4,4 sot (azalma 20 faiz), otaqlarının orta sayı isə 3,2 ədəd (azalma 5,9 faiz) təşkil edib. Qiymət artımı tikinti materiallarının qiymət artımı ilə izah edilir.

Monitorinq göstərib ki, ilkin bazarda təklif portfelinin həcmində azalma müşahidə edilib. Ay üzrə qiymət indeksinin artımı 4,6 faiz təşkil edib (2005-ci ilin uyğun ayında bu artım cəmi 4,5 faiz olub) və şəhər üzrə orta qiymətlər 929 dollar/kv.m. təşkil edib.

Aparılan müşahidələr göstərib ki, qeydə alınmış qiymət artımı tələbin artımı ilə deyil, məhz xərclərin inflasiyası ilə bağlıdır: tikintinin xərc elementlərinin əsas göstəricilərindən olan tikinti materiallarının bahalaşması, nəqliyyat və əmək qüvvələri xərcləri, vergi və digər xərclərin artımı; yeni tikililərin sayının azalması bazarda tikintisi başa çatmış binalarıın payının artması ilə nəticələnib və bu vəziyyət son nəticədə orta qiymətlərin daha dinamik arması ilə nəticələnib.

Torpaq bazarında ay ərzində qiymət indeksində əvvəlki ay ilə müqayisədə 1,4 faiz artım qeydə alınıb. Fevral ayında 1 sot torpağın qiymtəi 20654 dollar təşkil edib.

Kirayə mənzil bazarında qiymət indeksinin artımı ay ərzində 0,9 faiz qeydə alınıb. Şəhər üzrə I və III zonada qeydə alınmış qiymət mənzilə 591 dollar təşkil edib.

Əhalinin aktivlik göstəricilərini əks etdirən bazar multiplikatorlarından biri olan icarə bazarında qiymət dəyişməsi nisbi sabitliyin göstəricisidir (azalma 0,1 faiz).

Xəbər lenti

Xəbər lenti