...

Azərbaycan ECO-nun kənd təsərrüfatı nazirlərinin III sammitində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın nümayəndə heyəti ECO-ya üzv ölkələrin Tehranda keçirilən kənd təsərrüfatı nazirlərinin III sammitində iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın kənd Təsəsrrüafatı Nazirliyindən xəbər veriblər. Nümayəndə heyətinə Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev rəhbərlik edir.

Görüşün gündəliyinə ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, aparılan islahatlarla bağlı müzakirələr daxil olunub.

Tədbirin gedişi zamanı Azərbaycan tərəfinin ölkədə bu sahədəki vəziyyət və islahatlar barədə təqdimatla çıxış edəcəyi gözlənilir.

Əvvəlki tədbirdə isə Azərbaycanı kənd təsərrüfatı naziri İsmət Abbasov təmsil edirdi.

Xəbər lenti

Xəbər lenti