...

Mayın 1-də Gürcüstanda qaz tarifləri artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2007 17:15 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxaliya/Bu gün Gürcüstanda Milli Enerjitənzimləmə Komissiyasının (MEK) iclasında may ayının 1-dən qaz tariflərinin artırılması barədə qərar qəbul olunub. İclasda Komissiyanın iqtisadi departamenti "Kaztransqaz"-ın Tiflisdən qaz tarifinin 71,42 tetriyə qədər qaldırılmasını tələb etməsi barədə materialları təqdim edib. MEK-in qərarına əsasən isə, əhali üçün tariflər 50,62 tetri, orta təzyiqli istehlakçılar üçün (kiçik müəssisələr - 41,07 tetri və yüksək təzyiqli istehlakçılar üçün (iri müəssisələr) - 37,37 tetri təşkil edəcək. Köhnə tariflər isə hamı üçün 34,2 tetri idi.

Layihənin işlənməsi zamanı MEK Rusiyanın 1000 kubmetrini 235 dollara, Azərbaycanın isə 120 dollara satdığı qaz tariflərinə əsaslanıb. Ötən il isə Gürcüstan yalnız 110 dollara Rusiyadan qaz alırdı.

Bundan başqa, Gürcüstan hökuməti tərəfindən 0,5%-lə ayrılmış 125 mln kredit də nəzərə alınıb. Qazpaylayıcı şirkətlər bu məbləği 2008-ci ilə qədər ödəməlidirlər.

Bütün komponentlər nəzərə alınmaqla qazın min kubmetri üçün müəyyən olunmuş tarif ötən il olduğu kimi 110 ABŞ dolları deyil, 167,5 dollar hesablanıb.

Layihədə qazın regionlarda 48-53 tetri arasında dəyişən qiyməti də nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti