...

"European Tobacco Baku"nun rəhbəri: "İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması satışı 1/3 qədər azalda bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 15:55 (UTC +04:00)
"European Tobacco Baku"nun rəhbəri: "İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması satışı 1/3 qədər azalda bilər"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Birinci rübdə "European Tobacco Baku" siqaret istehsalının həcmini 20 faiz azaldıb. Bunu müəssisənin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

Siqaret istehsalının azaldılması Azərbaycanda xarici siqaretlərin satışının artması ilə əlaqədardır.

"Xarici siqaretlərin brendlərini nəzərə alaraq çoxları ona üstünlük verir. Ancaq bu il biz ötən ilki istehsalın həcmini də doldurmağa çalışacağıq" - deyə Quliyev bildirib.

Bununla yanaşı o bildirib ki, Milli Məclisin ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunu qəbul etmə planları ilə əlaqədar satış daha 30 faiz azala bilər.

Quliyev bildirib: "Bu gün Azərbaycan müəssisələrinin işində iştirak edən beynəlxalq təşkilatların tütün biznesi sahəsinə marağı azdır".

"European Tobacco Baku" 1999-cu ildə "Sorex Management Incorporated" tərəfindən özəlləşdirilib. Tütün kombinatının səhmlərinin 92,5 faizi 2000-ci ildə investorun mülkiyyətinə keçib.

Xəbər lenti

Xəbər lenti