...

Millət vəkili: "Azərbaycan parlamenti "Maliyyə nəzarəti haqqında" qanunu qəbul etməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 14:33 (UTC +04:00)
Millət vəkili: "Azərbaycan parlamenti "Maliyyə nəzarəti haqqında" qanunu qəbul etməlidir"

Azərbaycan, Bakı /korr. Trend Ü.İsmayılova/ Azərbaycan parlamenti "Maliyyə nəzarəti haqqında" qanunu qəbul etməlidir. Bu barədə çərşənbə günü "Milli Büdcə Qrupu" QHT-nin keçən həftə təsdiq olunmuş ölkə büdcəsinə həsr olunmuş mətbuat konfransında parlamentin deputatı Vahid Əhmədov bildirib.

Mayın 25-də Azərbaycan parlamenti 2007-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib. Bu dəyişikliklər büdcə defisitinin ÜDM-ə 544 mln. manat və ya 2,4 faiz artırılmasını nəzərdə tutur.

Əhmədov qeyd edib ki, müşahidələr real faktlar və dövlət büdcəsi proqnozları arasında ziddiyyətlər aşkar edib, bu da kapital üzərində düzgün olmayan nəzarəti sübut edir.

"Vaxt var idi ölkə büdcəsi cəmi 300-350 mln. manat təşkil edirdi, lakin indi kapital xərcləri təxminən 2 mlrd. manat təşkil edir. Korrupsiyadan qaçmaq üçün bu, nəzarət olunmalı çox böyük məbləğdir" - deyə o bildirib.

Əhmədov həmçinin neft faktorunun ölkə büdcəsinə təsirini də qeyd edib. Təsir 2006-cı ildə 58,5 faiz, 2005-ci ildə isə 54 faiz təşkil edib.

İqtisadiyyatda neft faktoru hələ də aparıcı olaraq qalır və bunun da obyektiv səbəbləri var. Dünyanın bütün ölkələrində qeyri-neft sahələrinin yaradılmasına və əlavə gəlirlərin alınması üçün 5-6 il tələb olunur.

Əhmədov bildirib ki, ölkə iqtisadiyyatının birtərəfli inkişafına mənfi təsir, yəni neft faktoru yaxın illərdə ölkənin daxili bazarında özünü göstərəcək.

Xəbər lenti

Xəbər lenti