...

"Azer-Turk Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azer-Turk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının məlumatında göstərilib.

Emissiyanın həcmi 3,03 mln. manat təşkil edir, bir səhmin nominal dəyəri isə 2 manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Azer-Turk Bank" ASC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti