...

BVF nümayəndəliyinin rəhbəri: Azərbaycanda inflyasiya 20 faiz səviyyədə gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 14:18 (UTC +04:00)
BVF nümayəndəliyinin rəhbəri: Azərbaycanda inflyasiya 20 faiz səviyyədə gözlənilir

Azərbaycan, Bakı /müxbir Trend A.Qasımova/ Beynəlxalq Valyuta Fondu 2007-ci ildə Azərbaycanda inflyasiyanın 20 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə bazar ertəsi BVF-nin ölkə nümayəndəliyinin rəhbəri Bazel Zavoyko bəyan edib.

"Bunlar dəqiq proqnozlardır. Hər şey Azərbaycanın cari iqtisadi proseslərə necə reaksiya verəcəyindən asılıdır", deyə o bildirib.

BVF-nin bu yaxınlarda yaydığı hesabatda neft ixracatçısı olan dövlətlər arasında Fond ikirəqəmli inflyasiyanı yalnız Azərbaycan, İran və İraqda gözləyir.

Zavoykonun sözlərinə görə, xərclərin qismən azaldılması ilə Azərbaycanda inflyasiya faizinin aşağı düşməsi mümkündür.

2007-ci ildə Azərbaycanda BVF-nin proqnozlaşdırdığı istehlak qiymətləri indeksi 2006-cı ildəki 8,4 faizə qarşı 21,1 faiz artacaq.

Bu, yalnız monetar faktorlardan asılı olmayacaq, belə ki, 2007-ci ildə genişlənmiş pul kütləsinin artımı 2006-cı ildə 86,4 faizə qarşı 79 faiz səviyyədə gözlənilir.

Xəbər lenti

Xəbər lenti