...

Gürcüstanın Maliyyə Nazirliyi 31 may 2007-ci ilə Azərbaycana olan dövlət borcunu açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 17:17 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına əsasən, mayın 31-nə Gürcüstanın Azərbaycana olan dövlət borcu 14,527 mln. dollar təşkil edir. Hazırda Gürücüstanın borcunun ümumi həcmi və dövlət zəmanəti ilə götürülmüş kredit mayın 31-nə 1,7 mlrd. dollardır. Dövlətin bilavasitə xarici borcu isə 1,684 mlrd. dollar məbləğindədir.

Gürcüstanın 15 ölkədən aldığı kreditlərə görə borcu 536,176 mln dollardır. Kreditor ölkələr sırasında Avstriya ($2 mln), Azərbaycan ($14,527 mln.), Türkmənistan ($24,427 mln.), Türkiyə ($50,596 mln.), İran ($11,418 mln.), Rusiya ($132,568 mln.), ABŞ ($41,358 mln.), Ermənistan ($17,66 mln.), Özbəkistan ($390 mln), Ukrayna ($356 mln) , Qazaxıstan ($27,774 mln.), Almaniya ($150,258 mln.), Yaponiya ($42,979 mln.), Küveyt ($14,559 mln.), Hollandiya ($5,28 mln.) var.

Dövlətlərlə yanaşı, Gürcüstana beynəlxalq institutlar da kredit verib ki, onlara olan borcun da həcmi $1,148 mlrd. təşkil edir.

Xəbər lenti

Xəbər lenti