...

Müəssisə rəhbəri: "Gəncə avtomobil zavodu yığılan traktorların modifikasiyalarının sayını artırmaq niyyətindədir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 15:46 (UTC +04:00)
Müəssisə rəhbəri: "Gəncə avtomobil zavodu yığılan traktorların modifikasiyalarının sayını artırmaq niyyətindədir"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / İlin ilk yarısında Gəncə avtomobil zavodu tərəfindən Minsk traktor zavodunun 150-dək traktoru satılıb. Bu maşınların yığılması məhz Gəncədəki müəssisədə həyata keçirilir. Bu barədə çərşənbə axşamı zavodun direktoru Xanlar Fətiyev məlumat verib.

Traktorların qiyməti 13 min-35 min AZN civarındadır. Yaxın zamanlarda müəssisə yığılan modifikasiyaların sayını üçdən altıyadək artırmaq niyyətindədir.

Minsk avtomobil və traktor zavodlarının yük avtomobillərinin və traktorlarının yığılması və satışı ilə bağlı müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb. Maşınların yığılması prosesi 15 min kv.m-lik ərazidə gerçəkləşdirilir.

Gəncə zavodu Azərbaycanda ildə 1000 yük maşını və 2000 traktor yığmaq qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti