...

Parlament komissiyasının rəhbəri: "Azərbaycanın sığorta bazarı ölkənin ÜTT-yə qəbul olunmasına hazır deyil" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 15:55 (UTC +04:00)
Parlament komissiyasının rəhbəri: "Azərbaycanın sığorta bazarı ölkənin ÜTT-yə qəbul olunmasına hazır deyil" (video)

Azərbaycan, Bakı/müx. Trend Ü.İsmayılova / Çərşənbə axşamı iqtisadi məsələlər üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadənin verdiyi məlumata görə, Azərbaycanın sığorta bazarı hazırda ölkənin ÜTT sıralarına daxil olmasına hazır deyil.

Səmədzadənin fikrincə, Azərbaycanın sığorta bazarı o səbəbdən ÜTT-yə qəbul olmağa hazır deyil ki, bu təşkilatın şərtləri çox sərtdir.

"Orada şirkətlər çox güclüdürlər. Bizim şirkətlər isə Beynəlxalq Sığorta Şirkəti və "Atesgah" istisna olmaqla əsasən kiçik şirkətlərdir. Digər sığorta şirkətləri xarici şirkətlərlə rəqabətə hazır deyil" - deyə o bildirib.

Hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir. Şirkətlərin ən yüksək nizamnamə kapitalı 10 mln. manat, minimum nizamnamə kapitalı isə 700 min manat təşkil edir.

niem MSK i Ateşqax, a ostalğnıe ne konkrentnosposobnıe po kompanii v osnovnom malomohnıe. bolğşie pokazateli i gto nas bespok

Xəbər lenti

Xəbər lenti