...

Non-life sığortası Azərbaycan bazarında liderlik etməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkətinin sığorta mükafatlarının həcmi 2006-ci ilin analoji dövrü ilə müqayisədə 59,51 faiz artıb. Bu barədə Azərbaycanın Maliyyə Nazirliyinin yaydığı xəbərdə deyilir.

Həyat sığortasının payına ilin birinci yarısında 0,29 mln. manat düşüb. Bu, 2006-ci ilin analoji dövrünün göstəricisindən 93,33 faiz çoxdur. Ötən il müvafiq rəqəm 0,15 mln. manat olub.

Non-life sığortasının payına isə 60,45 mln. manat düşüb. İllik artım 47,01 faiz (41,12 mln. manat) təşkil edib. İcbari sığorta 9,94 mln. manat, artım 226,97 faiz (3,04 mln. manat) olub.

İl ərzində sığorta ödəmələri 46,35 faiz azalaraq 6,29 mln. manat ( 2006-cı ildə 30,31 mln. manat) təşkil edib.

Həyat sığortası üzrə sığorta ödəmələri ilin birinci yarısında 0,09 mln. manat, illik artım 50 faiz (0,06 mln. manat) təşkil edib.

Non-life növü üzrə ödəmələr 13,53 mln. manata bərabər olub. İl ərzində bu sığorta növü 53,52 faiz (29,11 mln. manat) azalıb.

İcbari sığorta üzrə ödəmələr 1,14 mln. manat, artım 131,58 faiz (1,14 mln. manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti