...

Gürcüstanda iyul ayında istehlak mallarının qiymət indeksi 100,1% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2007 12:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstanda iyul ayında istehlak mallarının qiymət indeksi 100,1% təşkil edib. Müvafiq olaraq cari ilin iyul ayında infilyasiyanın səviyyəsi 0,1% təşkil edib. Müqayisə üçün bu göstərici 2006-cı ildə 0,8%, 2005-ci ildə 1,9%, 2004-cü ildə isə 0,8% təşkil edib.

Statistika Departamentindən məlumat veriblər ki, bu ilin iyul ayında çörək və çörək məmulatları 2,7%, meyvə 4,2% bahalaşıb. Ətin qiyməti 2,1%, süd, pendir, yumurta 0,3%, tərəvəz 9,6%, alkoqollu içkilər və tütün 1,2% ucuzlaşıb.

İyun ayı ilə müqayisədə buğda unu 2,7%, limon 35,1%, kivi 42,4%, üzüm 14,1% bahalaşıb. Attraksionların dəyəri 23,9% və mehmanxana xidmətləri 2,3% bahalaşıb.

Lobyanın qiyməti 63,8%, xiyar 13,1%, pomidor 24,3%, badımcan 50,4%, yerkökü 35,2%, çuğundur 19,8% və qarpız 17,2% ucuzlaşıb.

Xidmət sahəsinə gəldikdə isə nəqliyyat xidmətlərində artım müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti