...

Azərbaycanın Baytarlıq Xidməti epizootik xəstəliklərə qarşı tədbirlər çərçivəsində tender keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Azərbaycanda epizootik xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsi üçün bioloji preparatların və diaqnostikumların alınması üzrə tenderdə dörd şirkət iştirak edib.

Çərşənbə günü Azərkbayacanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəhbərinin müavini, tender komissiyasının üzvü Emin Şahbazov bildirib ki, tenderdə Azərbaycanın "Aqrovetservis" MMC və Ukraynaın 3 şirkəti - MVV Instruments, MFK Ridan Engeneering, Ukrvetrpromsnab iştirak edib. Ukrvetrpromsnab şirkətindən başqa bütün iştirakçılar iki lot üzrə təkliflərini təqdim ediblər.

Tender təkliflərinin açılışı çərşənbə günü Kənd Təsərrüfatı Nazirliyində baş tutub.

Xəbər lenti

Xəbər lenti