...

Bakı Beynəlxalq Valyuta Birjası avqustun 27-nə olan ticarət əməliyyatların yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Bircasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 27 avqust tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8509 AZN təşkil edib.

BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,8515 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 489 075 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0006 bənd qalxıb və 0,8509 AZN təşkil edib.

BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 446 545 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8509 AZN təşkil edib.

Beləliklə hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 5 800 000 ABŞ dolları və ya 4 935 620 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 446 154 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib.

Xəbər lenti

Xəbər lenti