...

Azərbaycan boru idxalını xeyli artırıb

Energetika Materials 18 Sentyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-iyul ayları ərzində Azərbaycan quru və dəniz yataqlarında əməliyyatların aparılması məqsədilə 143,7 min ton müxtəlif metal borular idxal edib ki, bu da ötən ilin yanvar-iyul aylarının göstəricisindən 84,7% çoxdur.

Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində 195 mln. dollar dəyərində boru idxalı olunub ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 87,9% çoxdur.

Komitədən verilən məlumata görə, yanvar-iyul ayları ərzində neft və qaz boru kəmərlərinin payına idxalın 59,3 min tonu düşür ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 212,8% çoxdur. Yanvar-iyul ayları ərzində 89 mln. dollar məbləğində neft-qaz boruları idxal olunub ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 169,7% çoxdur.

Dövlət Komitəsindən həmçinin bildirilir ki, yanvar-iyul ayları ərzində 12,5 min ton həcmində qazma boruluları alınıb ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 45,8% azdır. Boru idxalının ümumi dəyəri 23,8 mln. dollar təşkil edib ki, bu da 2006-cı il göstəricisindən 28,8% azdır.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ARDNŞ, PSA tipli müqavilələrlə fəaliyyət göstərən xarici şirkətlər, xarici kapitalın iştirakı ilə ARDNŞ-ın birgə müəssisələri məşğul olur.

Xəbər lenti

Xəbər lenti