...

Jores Alferov: "Azərbaycanın neft sənayesi qeyri-neft sektorunun fəal inkişafına imkan yaradır"

Energetika Materials 26 Sentyabr 2007 12:21 (UTC +04:00)
Jores Alferov: "Azərbaycanın neft sənayesi qeyri-neft sektorunun fəal inkişafına imkan yaradır"

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycanın neft sənayesi ölkə iqtisadiyatının qeyri-neft sektorunun fəal inkişafına imkan yaradır. Bu fikri çərşənbə günü Bakıda Nobel mükafatı laureatı, Sank-Peterburq Elmlər Akademiyasının keçmiş prezidenti, tanınmış alim Jores Alferov bildirib.

"Azərbaycanda neft sektoru hesabına qeyri-neft sektoruna yardım üzrə dövlət siyasəti dəqiq müəyyən olunub" - deyə Alferov söyləyib.

Alferov Bakıda "Yüksək texnologiyalar sahəsində maddi və informasiya elmləri" adlı birinci beynəlxalq konfransda iştirak edir. Konfrans öz işini sentyabrın 29-da başa çatdıracaq.

Alferov çıxışı zamanı Bakıda belə tədbirin keçirilməsinin vacibliyini qeyd edib.

Tədbirin təşkilatçısı qismində Yaponiya Fizikaçılar Cəmiyyətinin dəstəyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çıxış edir. Konfransda Yaponiya, Azərbaycan, Almaniya və Səudiyyə Ərəbistanından olan alimlər məruzə ilə çıxış edirlər.

Konfransın rəsmi dili - ingilis dilidir.

Xəbər lenti

Xəbər lenti