...

Azərbaycan neftinin qiyməti: 29 oktyabr – 2 noyabr həftəsinin yekunları

Energetika Materials 5 Noyabr 2007 12:27 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 29 oktyabr – 2 noyabr həftəsinin yekunları

Azerbaydjan, Baku /korr. Trend A.Badalova/ 29 oktyabr - 2 noyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $90,83/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,5/barr. çoxdur.

29 oktyabr - 2 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $92,16/barr., minimal qiyməti isə $89,53/barr. tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

29 oktyabr - 2 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin qiyməti $85,62/barr. təşkil edib. Bu öncəki qiymətdən $5,62/barr. aşağıdır.

29 oktyabr - 2 noyabr həftəsində URAL neftinin maksimal qiyməti $87,08/barr., minimal qiymət isə $84,18/barr. təşkil edib.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 32 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 1,3 faizə bərabərdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

29 oktyabr - 2 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $90,35/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,01/barr. çoxdur.

Brent neftinin maksimal qiyməti $92,09/barr., minimal qiymət isə $88,52/barr. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti